“Azərbaycan Xankəndi ilə Bakı arasında dialoq üçün beynəlxalq mexanizmlərin yaradılması ilə bağlı müzakirələri irəlilətməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin qondarma parlamentin buraxılması və “prezidentin” istefası ilə bağlı bəyanatlarını şərh edən politoloq Tiqran Qriqoryan deyib.
Onun sözlərinə görə, “Yəqin ki, ABŞ və Aİ bu məsələdə Azərbaycana müəyyən təzyiqlər edir, çünki Ermənistan bu məsələni sülh müqaviləsinin imzalanması üçün ilkin şərtə çevirib, vasitəçilər isə tərəflər üçün məqbul olan həll yolu tapmağa çalışırlar”.
Politoloq vurğulayıb ki, Qarabağda bütün dövlət qurumlarının ləğvi Bakının əsas məqsədidir.
“Amma bütün bunlar Qarabağ ermənilərinin problemlərini həll etmir, çünki onların hüquq və təhlükəsizlik məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunur. Və burada bir sıra suallar yaranır: İrəvan Qarabağla əlaqələri indiki səviyyədə saxlaya biləcəkmi; İrəvan Xankəndiyə maliyyə və iqtisadi yardım göstərə biləcəkmi? Beynəlxalq oyunçular belə bu regiona yardım göstərəcəkmi və bu dialoq zamanı Qarabağ erməniləri hansı pasportlardan istifadə edəcək? Mən əminəm ki, bu suallara cavab yoxdur, çünki onlar hətta müzakirə mövzusuna da çevrilmirlər”, – deyə ekspert əminliyini vurğulayıb.
Natiq Səlim,
KONKRET.az