Bu gün Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan danışıqlarının son mərhələsi başlayıb. ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündə müxtəlif məsələlər müzakirə edilir. Lakin Ermənistan tərəfi təxribatlar törədir, danışıqlara mane olmağa çalışır. Ayrı-ayrı platformalarda aparılan müzakirələr də Ermənistanın danışıqlarda maraqlı olmadığını göstərir.
Erməni politoloq Sergey Melkonyan isə hesab edir ki, Vaşinqtondakı danışıqlardan sonra hansısa sənədin imzalanmasını gözləmək yersizdir.
Onun hesablamalarına görə, razılaşdırılmamış məsələlər çox olduğundan onların əlaqələndirilməsinə ehtiyac var.
Melikonyan daha sonra qeyd edib ki, Ermənistan ictimaiyyəti yeni güzəştlərə hazır olmalıdır.
Erməni politoloqun fikirincə, Azərbaycan güc tətbiq etməklə daha çox şey əldə etməyə çalışır. Bu, ilk növbədə anklavlara və kommunikasiyalara aiddir:
”Bununla da Azərbaycan Ermənistanı həm Gürcüstan, həm də İranla birləşdirən kommunikasiyalara asanlıqla nəzarət edəcək”, – deyə Melkonyan bildirib.
Danışıqlar prosesi başa çatmadan, heç bir açıqlama verilmədən erməni cəmiyyətinin bu qədər təşviş keçirməsi başadüşüləndir. Onlar indi ictimai rəyi bu yöndə formalaşdıraraq öz cəmiyyətlərini daha ciddi güzəşətlərə hazırlayırlar.
Vəli Həsənov,
KONKRET.az