Erməni rusofoblar İranın müdafiə nazirini Sergey Lavrovla səhv saldılar – VİDEObackend

Erməni rusofoblar İranın müdafiə nazirini Sergey Lavrovla səhv saldılar - VİDEO

Ermənistanda bir qrup rusofob fəal İranın müdafiə naziri Əziz Nasirzadəni Yerevanda etiraz aksiyası zamanı səhvən Rusiya xarici işlər naziri Sergey Lavrov zənn edərək, ona qarşı anti-Rusiya plakatları ilə çıxış ediblər.

KONKRET.az xəbər verir ki, insident İran nümayəndə heyətinin Yerevana səfəri zamanı baş verib. Etirazçılar Nasirzadəni görən kimi onun Lavrov olduğunu güman edərək, rusofob şüarlar yazılmış plakatlarla qarşılayıblar.

Hadisə sosial şəbəkələrdə və yerli mediada istehza ilə qarşılanıb. Siyasi müşahidəçilər bu səhvi Ermənistan daxilindəki daxili siyasi qarışıqlığın və savadsızlıq fonunda baş verən növbəti uğursuz aksiya kimi qiymətləndirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*