Erməni şahmatçılar Bakıda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəkbackend

Erməni şahmatçılar Bakıda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcək

“Ermənistan şahmatçıları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan məlumat verib.

“Dünya çempionatında iştirak etməyəcəyik. Ermənistandan olan qrossmeysterlər Bakıya getməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, mundial iyulun 30-dan avqustun 24-dək keçiriləcək. Ermənistandan isə qrossmeysterlər Samvel Ter-Sahakyan, Qabriel Sarkisyan, Ovannes Qabuzyan, Şant Sarkisyan və Hayk Martirosyan mundiala vəsiqə qazanıblar. Qadınlar arasında – Elina Danielyan, Anna Sarkisyan və Lilit Mkrtçyan.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək. Yarışda 200-dən çox şahmatçı iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*