Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni siyasətçini axtarışa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, keçmiş deputat, JEAS-ın keçmiş rəhbəri Miqran Poqosyan bir ton kokainə görə axtarışa verilib.
Aparılan istintaq və digər hərəkətlər nəticəsində əldə edilmiş faktiki məlumatlar əsasında prokuror tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ictimai cinayət təqibinin başlanması barədə qərarlar qəbul edildiyi bildirilir.
Ermənistanın “Mrgeni” şirkətinin faktiki sahibi, həmin şirkətin direktoru və anbar müdiri narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsində və xüsusilə külli miqdarda satmaqda şübhəli bilinərək. cinayət məsuliyyətinə cəlb edilməlidir.
Anbar müdiri ilə bağlı həbs qətimkan tədbiri seçilib.
Cinayət prosesi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı,
KONKRET.az