“Erməni soyqırımının tanınması prosesi başa çatıb”.
KONKRET.az xəbər verir ki, bu barədə diasporla iş üzrə komissar Zareh Sinanyan bildirib.
“Bizim soyqırım faktı bilavasitə xalqımızın öz tarixi torpağında qalmış və yaşayan hissəsinin təhlükəsizliyi ilə bağlı olmalıdır. Biz deməməliyik ki, soyqırım olub, tanıyın. Biz ona görə belə deməliyik ki, siz soyqırımı tanımadığınız üçün onu törədənlər Şərqi Ermənistanda da bunu edə bilərlər”, – deyə Sinanyan vurğulayıb.