“Tarixçilərimiz bu fakta həyasızcasına məhəl qoymurlar” – Erməni alimdən ETİRAFbackend

"Tarixçilərimiz bu fakta həyasızcasına məhəl qoymurlar" - Erməni alimdən ETİRAF

“Azərbaycanlılar ərazi bütövlüyünü təmin edib. Artıq heç kim deyə bilməz ki, keçmişin – ortaq keçmişimizin öyrənilməsində onları başqa nəsə maraqlandırır”.

KONKRET.az xəbər verir ki, erməni mənşəli rusiyalı tarixçi alim Filip Ekozyants belə deyib.

O, həmçinin əlavə edib:

“Hətta 3-4 əsr əvvəl ermənilər özlərini hay yox, erməni adlandırırdılar. Və 2 əsr əvvəl bütün elm dünyası erməni əlifbasını Mesrop deyil, Con Xrizostom yaratdığına inanırdı. Erməni tarixçiləri bu fakta həyasızcasına məhəl qoymurlar və görməzlikdən gəlməkdə davam edirlər”, – deyə tarixçi  əlavə edib.

O bildirib ki, ermənilər və haylar dünya alimləri tərəfindən eyni xalq hesab olunmur. Bu, mötəbər elm adamlarının tarixi təsdiqinə malikdir

“Niyə erməni tarixşünaslığı bizi öz səhvlərinə görə utandırır? Əgər tarixlə maraqlanırsınızsa, o zaman hərtərəfli araşdırın, yalnız sizə sərf edən məqamları deyil”, – deyə Filip Ekozyants fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*