Erməni terroru nəticəsində həlak olan şagirdlərin və dağılan məktəblərin sayı açıqlandı – RƏSMİbackend

Erməni terroru nəticəsində həlak olan şagirdlərin və dağılan məktəblərin sayı açıqlandı - RƏSMİ

Erməni təxribatı nəticəsində dağıntılara məruz qalan məktəblərin siyahısı məlum olub.

Təhsil Nazirliyindən bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə beş, Füzulidə dörd, Goranboyda üç, Bərdədə bir və Ağcabədidə bir məktəb düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalıb.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində üç məktəbli həlak olub.

Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*