“Orta və uzunmüddətli perspektivdə Ərdoğanın hakimiyyətdə qalması bir müddət sonra Türkiyə dövlətində əlavə böhrana səbəb ola bilər ki, bu da bizim üçün kiçik imkanlar pəncərəsi aça bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə türkoloq Varujan Nersisyan öz Facebook səhifəsində yazıb.
O vurğulayıb ki, “İndi bizim bütün mübarizəmiz Ermənistanın de-fakto Türkiyəyönlü hökumətini devirməyə yönəldilməlidir, əks halda heç bir imkandan istifadə etmək sadəcə olaraq mümkün olmayacaq”.
Erməni türkoloq qeyd edib ki, “Bəzi yerli ekspertlər və politoloqlar inandırmağa çalışır ki, Türkiyənin Ermənistanı bir dövlət kimi sıradan çıxarmaq siyasəti yoxdur. Amma əslində, bu, belə deyil”.
Rəsmiyyə Şərifova,
KONKRET.az