Erməniəsilli müğənni Şer, oğlu Elijah Blue Allmanın mal-mülkünün əlindən alınmasını tələb edir.
KONKRET.az xəbər verir ki, sənətçinin bunu etməsinə səbəb oğlunun ağır formada narkotik aludəçisi olmasıdır.
47 yaşlı Elijah, Şer və keçmiş əri Gregg Allmanın oğludur. Onlar 1975-1979-cu illərdə evli olublar.
Gregg Allman 2017-ci ildə 69 yaşında vəfat edib.
Xatırladaq ki, bir müddət əvvəl Şerin oğlunu qaldığı oteldən qaçırtdığı bildirilib. Bu barədə onun gəlini məlumat yayıb.


BAKU.WS