Yeni il ərəfəsində Amerikanın Erməni Milli Komitəsi (ANCA) ABŞ hakimiyyətini Ermənistan və Qarabağ üçün 250 milyon dollarlıq yardım paketi qəbul etməyə çağırıb.
KONKRET.az Komitənin Facebook səhifəsinə istinadən xəbər verir ki, ANCA köçkünlərə kömək üçün 100 milyon dollar, mənzil üçün 20 milyon dollar, ərzaq təhlükəsizliyi üçün 20 milyon dollar, su təchizatı və kanalizasiya üçün 20 milyon dollar, səhiyyə üçün 20 milyon dollar və COVID-19 ilə mübarizə üçün 25 milyon dollar ayrılmasını təklif edir. Yardım paketində minalardan təmizlənmə üçün vəsaitin ayrılması da nəzərdə tutulub.
KONKRET.az