Ölən erməni hərbçinin yaxınları Gümrü-İrəvan avtomobil yolunu bağlayıb.
KONKRET.az xəbər verir ki, ötən ilin iyulunda Zəngəzurdakı hərbi hissənin istehkamında baş verən yanğında həlak olan hərbçi Palyan Poqosyanın yaxınları Gümrü-İrəvan avtomobil yolunu bağlayıblar.
Palyanın atası Civan Poqosyan mediaya bildirib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan martın 7-də görüş keçirmək istəyini bildirib.
Qeyd edək ki, Zəngəzur rayonundakı döyüş mövqelərindən birində baş verən yanğın nəticəsində 19 yaşlı Palyan Poqosyan yanıq xəsarətləri alıb. Palyan 10 gün xəstəxanada olsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Palyan Poqosyanın ölümü faktı ilə bağlı başlanmış cinayət işində təqsirləndirilən şəxslər yoxdur, hətta məhkəmə-tibbi ekspertizasının nəticələri hələ də məlum deyil.
Xuraman Etibarlı,
KONKRET.az