Ermənilər Paşinyanın istefası ilə bağlı piket keçirəcək.
KONKRET.az xəbər verir ki, bu gün İrəvanda etiraz aksiyasının iştirakçıları Qələbə günü ərəfəsində genişmiqyaslı piket planlaşdırıblar.
“Qarabağda müharibə başlamazdan əvvəl mayın 9-u Ermənistanda üçqat bayram idi: Böyük Vətən Müharibəsində Qələbə Günü, Şuşanın “azad edilməsi” və Qarabağda “müdafiə ordusu”nun yaradılması günü”nü qeyd edirdik”, – deyə ermənilər təəssüflənib.
44 günlük müharibədə məhv edilən erməni hərbçinin anası Naira Melikyan bildirib ki, piket keçirməkdə məqsəd Nikol Paşinyanın istefasına nail olmaq və onun sülh müqaviləsini imzalamasına mane olmaqdır.
P.S. Bütün arzularınız da, xəyallarınız da suya düşəcək, çünki pis niyyətli varlıqsınız, məqsədləriniz bumeranq olub başınızda çatlayacaq.
Xuraman Etibarlı,
KONKRET.az