Hadrut (Ağoğlan) rayonunun Tuğ kəndində yerləşən “Kataro” şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avaq Arutyunyan məlumat verib.
O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.
Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:
“Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.
İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib”.