Ermənilərdən SAXTA MƏHKƏMƏ – Əsirlikdə olan hərbçimizə 11 il 6 ay İŞ VERİLDİbackend

Ermənilərdən SAXTA MƏHKƏMƏ - Əsirlikdə olan hərbçimizə 11 il 6 ay İŞ VERİLDİ

Ermənilər saxta məhkəmə quraraq Azərbaycan əsgərini 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçilərdən birinə hökm oxunub.

Sünik (Zəngəzur) rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə Aqşin Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan hərbçisi “dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatı dövlət sərhədindən qanunsuz keçirmək”də təqsirli bilinib.

Hüseyn Axundovla bağlı hələ ki, qərar verilməyib. Erməni tərəfi onu qətldə ittiham edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*