Ermənilərə tərs sillə: “Böyük qırmızı Türk ulduzu Türkiyədə deyil, Altayda olmalıdır” – Peskovbackend

Ermənilərə tərs sillə: "Böyük qırmızı Türk ulduzu Türkiyədə deyil, Altayda olmalıdır" - Peskov

“Böyük qırmızı Türk ulduzu Türkiyədə deyil, Altayda olmalı idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyası xəritəsinə münasibət bildirərkən deyib.

Peskov türk dünyası xəritəsində qırmızı ulduzun Rusiya Federasiyasında, qədim türk torpağı Altayda olmamasından   təəssüfləndiyini bildirib.

“Türk tərəfdaşlarımız Türk Birliyi ideyasını inkişaf etdirir və bu, olduqca normaldır. Amma mənim təəssüf edə biləcəyim bir şey var ki, xəritədə Türk Dünyasının mərkəzində böyük qırmızı ulduz yoxdur. O, Türkiyədə deyil, Rusiya Federasiyasının ərazisində, Altaydadır. Hansı ki, Türklərin müqəddəs torpağı Altaydır, onların kökü oradandır.  Mən bunu bir türkoloq kimi deyirəm”, – deyə Peskov vurğulayıb.

Onu da qeyd edək ki, bu xəritə günlərdir erməni seqmentinin müzakirəsindədir. Bunun Rusiyanın kürəyindən zərbə olduğunu deyərək Putinin sərt reaksiyasını səbrsizliklə gözləyirdilər.

Peskovun həmin çıxışını təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*