Lentsov sabah danışıqlar üçün Bakıya gələcək.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov danışıqlar aparmaq üçün sabah Bakıya uçacaq.
Lentsov bu barədə mayın 1-də Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla görüşündə bildirib.
“Maraqlıdır ki, bu, ikinci görüşdür. Birinci görüş Arutyunyanın “ofis”ində, ikinci sülhməramlı qüvvələrin qərargahında keçirilib.
Mənbələrimiz bildirir ki, Lentsov onlar üçün arzuolunmaz vəziyyətin yaradıldığını deyib. Lakin o, bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini bildirib”, – deyə mətbuat yazıb.
P.S. Lentsov ilk görüşünü separatçı tör-töküntüsünün başçısı ilə, ikinci görüşünü Ermənistanın müdafiə naziri Suren Papikyanla, daha sonra təkrar Arayik Arutyunyanla keçirib.
Əslində, ilk görüş Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirilməli idi. Lakin Lentsov bu görüşü keçirmək üçün sabah Bakıya gəlir. Onun bu görüşə bu qədər gecikməsinin səbəbi ya “ciddi hazırlaşmasıdır”, ya da cəsarətsizliyi.
Xuraman Etibarlı,
KONKRET.az