Ermənilərin Şuşada hazırladıqları “sürpriz”: evdə tapıldı – FOTOLARbackend

Ermənilərin Şuşada hazırladıqları “sürpriz”: evdə tapıldı – FOTOLAR

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Belə ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd “F-1” əl qumbarası aşkarlanıb.

Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir.

Bu məqsədlə, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

3
susa p
1
2
5
6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*