Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi başlayandan sonra genişləndirilən Noyemberyan ((İncəsu, Barana) icmasının sərhəd kəndlərində vəziyyət sakitləşib.
KONKRET.az xəbər verir ki, bu barədə icmanın rəhbəri Arsen Ağababyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.
“Bizim ərazilərimiz heç vaxt indiki qədər təhlükəsiz olmayıb”, – Ağababyan regionda baş verən dəyişiklikləri şərh edərkən deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az