İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünyanın hərbi sənayelərindəki tendensiyaları təsvir edən “Militarizasiyada mövcud trendlər” adlı hesabat dərc edib.
KONKRET.az “Amerikanın Səsi” nəşrinə istinadən xəbər verir ki, hesabat müəllifləri digər məsələlərlə yanaşı, müxtəlif ölkələrin büdcələrində hərbi xərclərin hansı yeri tutduğunu hesablayıblar.
Hesabat müəlliflərinin fikrincə, keçmiş SSRİ dövlətləri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) siyahıda daha yüksək yerlərdə qərarlaşıblar.
Qeyd olunur ki, Ermənistanda bu göstərici 2008-ci ilin məlumatı ilə müqayisədə 0,7%, Azərbaycanda isə 0,5% artıb.
Məsələn, Gürcüstanda bu rəqəm cəmi 1,3% təşkil edirsə, 2008-ci ildən bu yana 6,6% azalıb.
Rusiyada bu rəqəm 2,4%, Türkiyədə 0,7%, İranda 2,2% olub.
ABŞ iqtisadiyyatında hərbi xərclər 3,1% təşkil edir. 15 il əvvəl bu göstərici 4,7% olub.
Rəsmiyyə Şərifova
KONKRET.az