Ermənistan Baş Qərargah rəisinin həbsdə olan keçmiş müavini Stepan Qalstyanın səhhəti pisləşib.
KONKRET.az xəbər verir ki, bu barədə vəkil Andranik Manukyan SputnikArmenia-ya bildirib.
Müdafiə tərəfi seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. Artıq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məhkəmə-tibbi ekspertizası təyin edib.
Hüquq müdafiəçiləri bildirirlər ki, Stepan Qalstyanın həbs səhhəti ilə bir araya sığmır.
Baş Qərargah rəisinin keçmiş müavini keçmiş müdafiə naziri David Tonoyan və digər yüksək rütbəli hərbçilər ilə birlikdə istifadəyə yararsız təyyarə raketləri almaq və 4,6 milyon dolları mənimsəmək ittihamı ilə həbs edilib.
Xuraman Etibarlı,
KONKRET.az