Ermənistan çətin seçim qarşısında: Paşinyan 2026-cı ilədək bu addımı atmasa…backend

Ermənistan çətin seçim qarşısında: Paşinyan 2026-cı ilədək bu addımı atmasa...

“Ermənistanda mövcud olan daxili siyasi gərginlik regionda təhlükəsizlik və sülh proseslərinə birbaşa təsir edə bilər. 2026-cı il Ermənistan üçün həlledici mərhələ olacaq”.

Bu fikirləri beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ermənistan bölgə üçün ciddi bir partlama həddinə gələn məkana çevrilir”— Əziz  Əlibəyli

“Ermənistan həmin dövrədək kilsə ilə bağlı daxili problemlərini həll etməlidir. Eyni zamanda Rusiya ilə münasibətlərində daha müstəqil mövqe sərgiləmək zərurəti yaranır. Bu prosesdə İrəvanın qərb dövlətləri ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Lakin Ermənistanın bu istiqamətdə hansı addımlar atacağı hələlik sual altındadır. Çünki İran və Rusiya faktoru burada əsas məhdudlaşdırıcı amil kimi qalmaqdadır”.

Əlibəylinin sözlərinə görə, ABŞ hərbi kontingentinin Ermənistan ərazisində mövcudluğu da regionda balansı dəyişdirə biləcək amillərdəndir:

“Bu, həm Moskva, həm də Tehran üçün həssas mövzudur. Ermənistanın daxili siyasi kursu və qərarları gələcəkdə Cənubi Qafqazdakı təhlükəsizlik mühitinə birbaşa təsir göstərəcək”.

Şərhçinin sözlərinə görə, Ermənistanın qarşıdakı illərdə qəbul edəcəyi qərarlar yalnız ölkənin daxili siyasəti üçün deyil, bütövlükdə regional sabitlikdə də həlledici rol oynayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*