“Ermənistan dövləti xəritədən silinə bilər” – ARA AYVAZYANA CAVABbackend

"Ermənistan dövləti xəritədən silinə bilər" - ARA AYVAZYANA CAVAB

Ara Ayvazyanın bu gülünc çıxışları ilk dəfə deyilBundan öncə  bu tip açıqlamalarla yadda qalmışdıBu, erməni xislətindən xəbər verirBaşqa bir açıqlaması yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Rusif Məmmədsoy açıqlamasında bildirib. O deyib ki, bütün dünya, beynəlxalq hüquq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd edir:

“Lakin erməni hökumətinin rəsmiləri bu cür sərsəm açıqlamalarla bundan sonrakı proseslər, gələcək üçün ümidsizlik yaradır. Rəsmi kapitulyasiya sənədinə imza atılıb, ermənilər bununla razılaşmaq məcburiyyətindədir. Hər kəs bilir ki, əksi baş versə sonda Ermənistan xəritədən silinə bilər. Bu mənada Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan açıqlamalarına diqqət yetirməli, öz öhdəliklərini yerinə yetirməlidir.

Etirazlar Belarusda ikinci Maydan hadisələri üçün siqnaldır” – AKTUAL

Ara Ayvazyan hücum taktikası yerinə yetirir. Bunun səbəbi ölkə başçısının Zəfər paradı zamanı səsləndirdiyi fikirlərdir. İlham Əliyev qeyd etmişdi ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bəli, bu həqiqətdir. Ara Ayvazyan da bu mənada bu tip açıqlamalarla erməni cəmiyyətindəki narahatlığı azaltmaq fikrinə düşüb”.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri müddət öncə qeyri-ciddi açıqlama verərək, Azərbaycanı işğalçılıqda suşlayıb. O qeyd edib ki, Azərbaycan işğal etdiyi torpaqları geri qaytarmalıdır.redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*