“Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada jurnalistlərlə görüşündə bildirib.
Simonyan bildirib ki, Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil.
O, Türkiyənin regionda sülhün bərqərar olması məsələsində substantiv addımlara əl atacağına ümid etdiyini vurğulayıb.
Eyni zamanda, Simonyan əmin edib ki, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
“Biz sülh müqaviləsi imzalamağa hazırıq və maraqlıyıq. Ticarət baxımından regionun açılmasında heç bir problem görmürük.
Təbii ki, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana və Türkiyəyə insanlar və mallar sərbəst şəkildə gedə bilər”, – deyə erməni spiker qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az