“Ermənistan Futbol Federasiyası öz səhifəsinin üz qabığında Ermənistan gerbinin fonunda çəkilmiş şəkli çıxarıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Dirçəliş Ermənistan Partiyasının keçmiş mətbuat katibi Vazgen Saqatelyan Facebook səhifəsində paylaşım edib.
“Ermənistan Futbol Federasiyası bir neçə saat əvvəl öz səhifəsində örtük şəkli kimi bu şəkli seçdi. Təxminən yarım saat sonra baxıram, şəkli dəyişdilər”, – deyə o qeyd edib.
“Ermənistan Futbol Federasiyası, Nikolu daha çox sevirsiniz, yoxsa ölkəmizin gerbini?”, – deyə Saqatelyan sual edib.
Günel Mikayılova,
KONKRET.az