“Ermənistan hələ də mifik ideyaların bataqlığındadır” – Yevgeni Mixaylovbackend

“Ermənistan hələ də mifik ideyaların bataqlığındadır” - Yevgeni Mixaylov

“Paşinyan Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsinin qarantıdır. Çünki müxalifətin “Qarabağ klanı” hakimiyyətə gəlsə, yeni müharibə alovlana bilər və bu, Ermənistana lazım deyil. Və indiki məqamda çoxları yeni reallıqla barışıb. Yəni kommunikasiyaların bərpası Qarabağ və Ermənistan daxil olmaqla bütün Qafqazın iqtisadiyyatının mühərriki ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında politoloq Yevgeni Mixaylov deyib. O əlavə edib ki, “Rusiya Ermənistanı keçmişdəki ideologiyanı tərk etməyə və bu günlə yaşamağa çağırır. Təəssüf ki, bir çox “ideoloqlar” hələ də erməni cəmiyyətinə milli ləyaqətdən dəm vurur. Ermənilər nəhayət ki, şüurlarını dəyişdirməli, yanlış ideologiyalardan, “dənizdən-dənizə” mifik dövlət iddialarından uzaqlaşmalıdırlar”.

“Görünən odur ki, Paşinyan səhvlərini başa düşüb. İndi Ermənistan da öz ideologiyasını dəyişməli, təcavüzkarlıqdan əl çəkməli, mehriban qonşuluq və iqtisadi əlaqələrə yönəlmiş yeni ideoloji dövrə başlamalıdır, – deyə Mixaylov fikirlərini yekunlaşdırıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*