Ermənistan-İran-Hindistan görüşü baş tutdubackend

Ermənistan-İran-Hindistan görüşü baş tutdu

Tehranda Ermənistan, İran və Hindistan xarici işlər nazirliklərinin regional idarə rəhbərlərinin üçüncü üçtərəfli görüşü baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü ilin aprelində İrəvanda keçirilən birinci iclasda və 2024-cü ilin dekabrında Yeni Dehlidə keçirilən ikinci iclasda qəbul edilmiş qərarlar nəticəsində əldə olunan irəliləyişlərə nəzər salınıb. Tərəflər həmçinin qarşılıqlı maraqların təmin edilməsi, regionda rifahın təşviqi üçün qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinin, xüsusilə Şimal-Cənub dəhlizinin kommunikasiyaları, eləcə də “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin, bu məqsədlə Çabahar limanının strateji yerləşdiyi yerdən istifadənin vacibliyini vurğulayıblar”, – məlumatda deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*