Ermənistan İstintaq Komitəsi amerikalı biznesmenin həyat yoldaşının oğurlanmasının təfərrüatlarını açıqladıbackend

Ermənistan İstintaq Komitəsi amerikalı biznesmenin həyat yoldaşının oğurlanmasının təfərrüatlarını açıqladı

Amerikalı iş adamının Ermənistanda oğurlanan 55 yaşlı həyat yoldaşı çarpayıya bağlanmış halda aşkarlanıb. O, Tavuş vilayətindəki kilsəyə əlavə tikilidə saxlanılırdı.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 4-də İrəvan ətrafındakı San-Marko hovuz kompleksində Ermənistan və ABŞ vətəndaşı oğurlanıb. Hadisəni törədənlər özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim ediblər.

Qeyd olunur ki, adam oğurluğu beş nəfərdən ibarət qrup tərəfindən iyun ayından planlaşdırılıb.

Sentyabrın 5-də Gürcüstana gedən cinayətkarlardan biri bu ölkəyə məxsus nömrələr alıb və ABŞ-də olan iş adamı ilə əlaqə yaradaraq (Whatsapp və Telegram vasitəsilə) 4 milyon dollar məbləğində kriptovalyuta tələb edib.

Qadın sentyabrın 8-də polis tərəfindən aşkar edilib, cinayətkar dəstənin 5 üzvündən 4-ü saxlanılıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 191 və 319-cu (adam oğurluğu, cinayətkar dəstə yaratmaq) maddələri ilə ittiham olunurlar. Daha bir cinayətkarın axtarışları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*