Ermənistan keçmiş Müdafiə Nazirinin ABŞ-dəki malikanəsiylə bağlı qarşı tərəfə müraciət etdibackend

Ermənistan keçmiş Müdafiə Nazirinin ABŞ-dəki malikanəsiylə bağlı qarşı tərəfə müraciət etdi

Ermənistan hakimiyyəti ABŞ-dən keçmiş müdafiə naziri Vigen Sarkisyanın Massaçusetsdəki malikanəsinin ələ keçirməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğunun əməkdaşı  Saşik Avetisyan məlumat verib: “Çirkli pulların yuyulmasında təqsirləndirilən Vigen Sarkisyanın qeyri-qanuni yolla əldə etdiyi vəsaitlə ABŞ-də malikanə aldığını nəzərə alaraq, müstəntiq İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əmlaka həbs qoyulmasına qərar verib”, – Avetisyan bildirib.

Qarşılıqlı hüquqi yardım çərçivəsində əmlakın üzərinə həbs qoyulması ilə bağlı sorğu da ABŞ hakimiyyətinə göndərilib.

Bundan başqa, İrəvanın Abovyan küçəsi və Şimal prospektində 4 əmlak müsadirə edilib. Mayın 15-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib. Sərkisyanın və onunla əlaqəli olan şəxsin İrəvandakı daşınmaz əmlakını, ya bazar dəyərini (181 milyon dram), Amerikanın Massaçusets ştatındakı yaşayış sahəsini, ya da onun alındığı məbləği (2,05 milyon ABŞ dolları) müsadirə etmək istəyirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*