“Ermənistan kimi kobudluğa can atırsan. Bu gün kimsən ki, hansısa torpaqları tələb edirsən” – VİDEObackend

"Ermənistan kimi kobudluğa can atırsan. Bu gün kimsən ki, hansısa torpaqları tələb edirsən" - VİDEO

İda Martirosyanın “xəstə” dəniz strategiyası – Gürcüstana torpaq iddiası

30 il öncə Bakıdan İrəvana köçən başabəla filosof erməni diasporuna Gürcüstanın Qara dənizə çıxaran torpaqlarını ələ keçirməyi təklif edir.

44 günlük Vətən müharibəsinin “Dəmir yumruğu”nu dadan ermənilər düzəlməz məxluq olduqlarını istənilən platformada sübut edirlər. Bunun üçün “Youtube” hostinqində ermənilərin rus dilində yerləşdirdikləri proqramları izləmək kifayətdir.

Esse TV” kanalının aparıcısı kinoprodüsser Armen Qriqoryanın və vaxtilə Bakıdan İrəvana köçmüş filosof İda Martirosyanın dənizə çıxış barədə dialoqunu dinləyəndə buna qəti əmin olursan. “Allah adamın ağlını əlindən almasın!” kəlamı belələrinə aiddir. İda Martirosyan sınıq-salxaq danışığı  zamanı erməni xislətini bütün çılpaqlığı ilə açan “strategiya”sını dilə gətirir. Bu dəfə erməni diasporuna Gürcüstan tərəfdən Qara dənizə çıxan torpaqları hissə-hissə satın almağa və ya 100 illik icarəyə götürməyi təklif edir. Dialoqu dinləyəndə gülməkdən özünü saxlaya bilmirsən, amma xəstə təxəyüllü bu məxluqlara ABŞ Konqresinin Nümayəndələr Palatası, Fransanın Milli Assambleyası, Rusiyanın Qosduması, Niderland və belçika parlamentlərinin dəstəklərini xatırlayanda vəziyyət gülüş obyektindən çıxır. Beləliklə, “Dənizdən dənizə” xülyalarından əl çəkə bilməyən erməni separatçılarının hədəfində indi də Gürcüstandır.

Həmin hissənin tərcüməsini təqdim edirik:

İ.M.: Gərək Ərdoğanın sisteminə uyğun edəydilər, Krımı Kiprin yarısına dəyişmək. Bizə dənizə çıxışı verin. Hər hansına və əlbəttə, düşündükləri olmayan birindən daha yaxşı biri.

A.Q.: Yollar açılacaq, dənizə çıxış da olacaq.

İ.M.: Hara, haradan?

A.Q. (gözlərini döyərək): Məsələn, Yerevandan. Hansı dənizə istəyirsən?

İ.M.: Hansı biri olursa-olsun. Qara dəniz, Aralıq dənizi…

A.Q. (canlanır): Torpaq istəyirsən?

İ.M.: Hə. Əgər bizdən bu qədər torpaq, delimitasiya, demarkasiya, defeminizasiya və başqa “de” adlandırılanları alırlarsa, bizə haralardasa oralarda bir yerə keçid verəydilər…

A.Q. (gülə-gülə): Sən indi Ermənistan kimi kobudluğa can atırsan. Sən bu gün kimsən ki, hansısa torpaqları tələb edirsən.

İ.M.: Mən məsələni qoyuram. Onsuz da son nəfəsimə qədər deyəcəyəm ki, biz ermənilər tarixi, daha bilmirəm hansı Qarabağımızı azad etməyə gedəndə başa düşməliydik ki, bizi əhatə edən çaladan çıxmırıq, özümüzə yol qazanmırıq. Müasir dünyada və istənilən aləmdə yollar, kommunikasiya çox vacib bir şeydir.

A.Q,: İndi isə yolları Ermənistanın hesabına açırlar…

İ.M.: Qulaq as, biz yenə də getdik, öz divarımızı artırdıq. Nəhayət harasa ora hərəkət etməliyik. Buna görə də diplomatiyamıza müraciət edirəm. Hazırda olduğumuz bu çuxurdan bir yerə çıxan, gedən yolların qarşılığında nəsə versinlər. Bəlkə doğulacaq bu passionarilər, nəhayət, başa düşəcəklər ki, məsələ nə Türkiyədə, nə də Azərbaycandakı tarixi torpaqlardadır. Söhbət gələcəkdən gedir. Gələcək isə yollarla və dünya ilə əlaqələrlə bağlıdır. Buna görə də harasa başqa istiqamətə getmək lazımdır.

A.Q.: Hansı istiqamətə?

İ.M.: Dənizə. Bu yaxınlarda belə bir şey eşitdim. İndi özümü strateq kimi qələmə verməyəcəyəm. Hərçənd, bu xəttə sahibəm. Sənə bir dəfə bunu demişəm. Dənizə gedən yolu almaq üçün hər zaman bir şeyi mübadilə etmək imkanı var. Diaspor onu, Qara dənizə gürcü və digərləri vasitəsilə gedəni (torpaqları nəzərdə tutur – X.S.), hissə-hissə ala bilər. Yüz illik icarəyə götürək. Sonra isə bu torpağın başına nə gələcəyinə baxarıq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*