“Ermənistan ordusu guya bəzi mövqeləri “azad etmək” üçün hücuma hazırlaşır”backend

“Ermənistan ordusu guya bəzi mövqeləri “azad etmək” üçün hücuma hazırlaşır

“Sentyabrın 19-20-də Qarabağda keçirilmiş cəmi bir sutkalıq əməliyyat da göstərdi ki, artıq Milli Ordumuzun Baş Qərargahı 3-4 il öncəki eyni qurum deyil, hazırda bizim Baş Qərargah işləyir və hər şeyi planlı şəkildə həyata keçirir”.

KONKRET.az xəbər verir ki, sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev Moderator.az-a açıqlamasında belə deyib.

“Bilirsiniz, birdən bəzi media vasitələrində və sosial şəbəkələrdə belə söz-söhbətlərə rast gəlirəm ki, son bir neçə ildə Fransadan, Hindistandan hərbi texnika və silah-sursat alan Ermənistan ordusu guya sərhədə yaxın bəzi mövqeləri “azad etmək” üçün Azərbaycan ordusuna qarşı hücuma hazırlaşır. Hesab edirəm ki, Ermənistan ordusunun və onunla müttəfiq ölkələrin ordularının mövcud durumu haqda məlumatlı olanlar və bunu Azərbaycanın və ona dost və müttəfiq ölkələrin ordularınınkıyla müqayisə edənlər bu cür şayiələrə əhəmiyyət verməzlər. Deyilənləri düzgün araşdırsaq, təhlil etsək, görərik ki, Ermənistan ordusu heç 10-15 il bundan sonra da Azərbaycan ordusu ilə üzbəüz gəlməyə qadir olmayacaq və heç buna cəsarət də etməyəcək. Çünki, əvvəla, 2020-ci ilin 44 günlük savaşında Silahlı Qüvvələrimiz həmin orduya Qarabağda yetərincə sarsıdıcı zərbə endirərək onun onurğa sütununu sındırdı. İkincisi də, dövlətimiz əvvəlki illərdə olduğu kimi, son illərdə də ordumuzun ən müasir silah-sursat, texnika və texnologiya ilə təminat və təchizatını davam etdirir. Üçüncüsü də, qardaş Türkiyə və digər dost və müttəfiqlərimiz də ordumuzun inkişafında bizə yetərincə dəstək olur. Ordumuz mütəmadi olaraq Türkiyə, Pakistan və s. ölkələrlə birgə təlimlər keçirir. Odur ki, bütün növ ordu birləşmələrindəki hərbi qulluqçularımız mənəvi-ideoloji baxımdan da yüksək səviyyədədir. Bir sözlə, ordumuz olduqca güclüdür və dünyanın ən güclü 50 ordusu sırasındadır”.

“Sentyabrın 19-20-də Qarabağda keçirilmiş cəmi bir sutkalıq əməliyyat da göstərdi ki, artıq bizim ordunun Baş Qərargahı 3-4 il öncəki eyni qurum deyil, hazırda bizim Baş Qərargah işləyir və hər şeyi planlı şəkildə həyata keçirir.

Bütün bu deyilən və deyilməyən səbəblərdən, əvvəla, Ermənistan ordusu bizim orduya hücuma cəsarət edə bilməz. İkincisi də, hücuma keçəcəyi halda burnu əziləcək və geri çəkilməyə məcbur olacaq. Bununla belə, arxayın da ola bilmərik. Bundan sonra da daim ayıq-sayıq olmalı və ordumuzu daha yüksək səviyyədə inkişaf etdirməyə nail olmalıyıq”,- deyə general-mayor diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*