Dekabrın 12-də axşam saatlarında Ararat bölgəsində ağır avtoqəza baş verib, xəsarət alanlar var.
KONKRET.az xəbər verir ki, saat 18 radələrində Lancarat-Qarnı yolundakı kəsişmədə 20 yaşlı Nver M-nin idarə etdiyi “Mercedes” və 33 yaşlı Armen M-in idarə etdiyi “Volkswagen Golf” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində birinci avtomobilin sürücüsü və sərnişini, ikinci avtomobilin sürücüsü iki sərnişinlə bərabər xəstəxanaya yerləşdirilib.
Erməni mətbuatl yazır ki, Nver M. Ermənistan silahlı qüvvələrinin, ikinci maşının sürücüsü və sərnişinləri isə Daxili İşlər Nazirliyinin İrəvan patrul alayının əməkdaşlarıdır.
Vəli Həsənov,
KONKRET.az