Ermənistan parlamenti Qarabağ separatçıları ilə birgə iclas keçirməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni qəzeti “Hraparak” məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, separatçılar birgə parlamentlərarası komissiyanın iclaslarının çağırılması ilə bağlı Ermənistan parlamentinə bir neçə rəsmi, o cümlədən onlayn rejimdə görüş keçirmək üçün sorğu göndərib.
Lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib. Onların susqunluğu görüşdən imtina kimi qəbul olunub.
Xuraman Etibarlı,
KONKRET.az