Ermənistan parlamentində SÖZ DAVASI: Rubinyanla Sarkisyan bir-birinə görün nələr dedi…backend

Ermənistan parlamentində SÖZ DAVASI: Rubinyanla Sarkisyan bir-birinə görün nələr dedi...

Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında parlamentin vitse-spikeri Ruben Rubinyanla “Ermənistan” müxalifət fraksiyasından olan deputat Artur Sarkisyan arasında söz davası baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İnsident baş prokuror Anna Vardapetyanın Sarkisyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatətinin müzakirəsi zamanı baş verib. Müzakirələr zamanı hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vaaqn Aleksanyan terror aktı təşkil etmək və hakimiyyəti ələ keçirmək cəhdini qeyd edib. Bu, spikeri oturduğu yerdən tənqid etməyə başlayan Sarkisyanın kəskin reaksiyasına səbəb olub.

Buna cavab olaraq vitse-spiker Rubinyan müxalifətçidən qışqırmağı dayandırmağı tələb edib. “Ey, sən sus! Biz burada sual veririk. Mən sizə deyirəm – sus. Vaaqn Aleksanyana söz verilib, o da danışır. Otur, sakitləş!”, – Rubinyan Sarkisyana müraciət edərək bildirib.

“Ermənistan” fraksiyasından olan deputat isə cavabında bildirib ki, Rubinyanın ona iclas zalında özünü necə aparacağını deməyə haqqı yoxdur.

Vitse-spiker isə Sarkisyana rəsmi xəbərdarlıq edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*