Ermənistan polisi Rusiyada hərbi hissəni icazəsiz tərk etdiyinə görə axtarışda olan 25 yaşlı rusiyalı İvan Ç.-ni azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə teleqram kanalları Helsinki Vətəndaş Assambleyasının Vanadzor qrupunun rəhbəri, hüquq müdafiəçisi Artur Sakuntsa istinadən məlumat yayıb.
Hüquq müdafiəçisinin fikrincə, polis İvan Ç.-ni öz ərizəsi ilə azad etməli idi. İvan Ç. prokurorun icazəsindən sonra vəkil gözləmədən polis idarəsini tərk edib.
Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, həmin şəxs 2023-cü ilin aprelindən Rusiya axtarışındadır. Ermənistan təhlükəsizlik qüvvələri onun saxlanılması barədə Rusiya tərəfini xəbərdar etmişdi.
Natiq Səlim,
KONKRET.az