“Ermənistan Qarabağdan əlini çəkib, Rusiya bununla razılaşmır” – Danielyanbackend

"Ermənistan Qarabağdan əlini çəkib, Rusiya bununla razılaşmır" - Danielyan

“Ermənistan Qarabağdan əlini çəkib, Rusiya bununla razılaşmır”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində politoloq Stepan Danielyan deyib.

“Ermənistan Qarabağdan əlini üzüb və Rusiya öz maraqlarına əsaslanaraq bununla razılaşmır. Çünki sülhməramlılar Qarabağı tərk etsə, Moskva Cənubi Qafqazı tamamilə itirəcək”, – deyə Danielyan bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyanın mövqeyi zəifləyib, o cümlədən Ukrayna hadisələri və Bakı ilə Ankara arasında əlaqələrin güclənməsi də buna təsir edir.

“Yaxın gələcəkdə Rusiyadan regiondakı maraqlarımı qorumaq üçün kəskin addımlar gözləmirəm. Bu baxımdan, Ermənistanda sonsuz güzəştlərə hazır olan hakimiyyətin mövcuddur və Türkiyə və Azərbaycan üçün imkan pəncərəsi açılır”, – deyə politoloq bildirib.

O, Bakının güc tətbiq edə biləcəyini istisna etməyib.

Danielyan hakimiyyət dəyişikliyini Ermənistanın əsas daxili siyasi vəzifəsi adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*