“Ermənistan Qərbin Rusiyaya qarşı mübarizəsində alətə çevrilir” – Adontsbackend

"Ermənistan Qərbin Rusiyaya qarşı mübarizəsində alətə çevrilir" - Adonts

“Ermənistan Qərbin Rusiyaya qarşı mübarizəsində alətə çevrilir və bunun ölkənin milli maraqları ilə heç bir əlaqəsi yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Qərb sərt qarşıdurma və Ukrayna problemini nəzərə alaraq Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir.

“Bu arada, erməni diplomatiyası səhv hərəkətlərini davam etdirir. Nəticədə Azərbaycan indi istədiyini əldə edə bilər.

Hərbi vəziyyət şəraitində delimitasiya və demarkasiya ilə bağlı danışıqlar ciddi nəzarət altına alınıb.

Ermənistan-Azərbaycan prosesinin moderatorları üçün Qarabağın və ya anklavların kimə məxsus olmasının fərqi yoxdur. Onlar üçün əsas məsələ münaqişəyə son qoymaqdır”, – deyə Adonts qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*