Ermənistan “qırmızı xətlər”ə hörmət etdiyini deyir – Arakçıbackend

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Vaşinqton razılaşmalarından sonra erməni tərəfi Tehranı inandıra bildi ki, İranın bütün qırmızı xətlərinə əməl olunub.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri İran prezidentinə zəng edib, Ermənistan XİN rəhbəri ilə telefon danışıqları olub, xarici işlər nazirinin müavini Vaan Kostanyan şəxsən Tehrana gedib:

“Əvvəlcə Zəngəzurun ələ keçirilməsindən danışıldı, sonra Azərbaycanın suverenliyi altında dəhliz variantı müzakirə edildi. İndi də bütün bu ideyalar Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın qanunları və yurisdiksiyası altında ABŞ şirkəti tərəfindən çəkilən yola çevrilib. Bu yol Ermənistanın suverenliyi altındadır. Bizim yaxınımızda heç bir ABŞ qoşunu yerləşdirilməyəcək və İranın bütün qırmızı xətlərinə hörmətlə yanaşılır”.

Arakçı bildirib ki, bu, yalnız özəl Amerika mühəndislik şirkətidir, təhlükəsizlik və ya hərbi təşkilat deyil:

“Əminəm ki, “Tramp marşrutu”nda ABŞ qüvvələri olmayacaq və təhlükəsizliyi Ermənistan özü təmin edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*