Ermənistan qlobal layihələrdən təcrid oluna bilər – Fransa və İran İrəvanı uçuruma aparırbackend

Ermənistan qlobal layihələrdən təcrid oluna bilər - Fransa və İran İrəvanı uçuruma aparır

“Hər bir halda qondarma rejimin özünü buraxması bir çox dövlətlər üçün sürpriz oldu. Bəlkə də gözləmirdilər ki, antiterror tədbirləri bu şəkildə, çox tez başa çatacaq”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

Bildirib ki, xunta rejiminin cəmi 24 saata təslim olmasının təbii səbəbləri var idi:

“Aprel ayında Laçında sərhəd-keçid məntəqəsi qurulduqdan sonra ermənilər məcbur olub Qarabağ ərazisinə silah-sursatı dağ yollarıyla daşıyırdı. Bütün yollar nəzarətə götürüldükdən sonra xunta rejiminin əl-qolu bağlandı və silah gəlmədi. Belə olan halda Azərbaycan bütövlükdə döyüş şəraitinə tam nəzarət edərək terror yuvasını dağıtdı. İndi yanvarın 1-nə qədər də vaxt istəyiblər ki, tamamən qondarma rejim özünü buraxsın və tarixin arxivinə qovuşsun. Bu, Azərbaycanın böyük qələbəsidir və postsovet məkanında separatizmin kökünü kəsməyə nail olan hələlik təkcə Azərbaycandır. Separatçılıqla mübarizə aparan digər dövlətlər hələ də öz ərazilərində buna müvəffəq olmayıblar. Bir daha qarşı tərəfə aydın olmalıdır ki, baş verəcək təxribatların anındaca cavabı veriləcək”.

Daha sonra Zəngəzur dəhlizinin açılma perspektivinə toxunan T.Əliyev bildirib ki, Ermənistanın və havadarlarının səyinə baxmayaraq dəhliz açılacaq: “Bir məsələ hələ də həll olunmayıb. Bu, Ermənistanın üzərinə götürdüyü digər öhdəlik – Zəngəzur dəhlizidir. Üçtərəfli bəyanatın 9-cu bəndində açıq göstərilib ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək quru yol açılmalıdır. Amma Ermənistan həmin öhdəliyi yerinə yetirməkdən imtina edir. Sözdə kommunikasiya xətlərinin açılmasına razılıq verən rəsmi İrəvan əməldə əks addımlar atır. Ermənistanın arxasında dayanan qüvvələr dəhlizin fəaliyyətini əngəlləmək istəyir. Ermənistan bu layihəyə mane olsa alternativ marşrutlardan istifadə olunacaq və bununla da Ermənistan yenə qlobal layihələrdən kənarda qalacaq. Rusiya ilə münasibətlərdə yaranan çatlar və onunla qarşı-qarşıya gəlmək Ermənistan üçün çox böyük təhlükədir. Bütövlükdə regionun ümumi mənzərəsi dəyişir. Bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizi açılacaq”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*