Ermənistan BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin 14 noyabr iclasında müzakirə olunan nasizmin, neonasizmin və irqi dözümsüzlüyün müasir formalarının qəhrəmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı Rusiya qətnamə layihəsinin lehinə səs verib.
KONKRET.az xəbər verir ki, Rusiyanın İrəvandakı diplomatik nümayəndəliyi bildirib ki, sənədi birgə hazırladığı üçün Ermənistana minnətdardırlar.
Ümumilikdə qətnaməni 114 dövlət dəstəkləyib və onun həmmüəlliflərinin sayı 44 ölkəyə çatıb.
Səfirlik vurğulayıb ki, Ermənistanın dəstəyi “Xüsusilə II Dünya müharibəsində Qələbənin 80 illiyində simvolikdir və nasizmə qarşı döyüşərək Vətəni və bəşəriyyəti xilas etmək uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini gücləndirir”.
Ağagül Mürsəlov,
KONKRET.az
