8-ci sinif “Erməni tarixi” dərsliyində Şərqi Ermənistanın (?) 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsini (?) “ilhaq” kimi əks etdirən bölmə tezliklə dəyişdiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi erməni tərəfinə müraciət edərək 18-ci illərin sonu, 19-cu əsrin əvvəllərində Cənubi Qafqazda baş vermiş hadisələri təhrif edən dərsliyin məktəblərə paylanmamasını istəmişdi.
Yeri gəlmişkən, 1828-ci ildə adı çəkilən ərazilər Azərbaycana məxsus olub. İndi isə “Şərqi Ermənistan” ifadəsinin dövriyyəyə buraxılması Türkiyəyə qarşı açıq torpaq iddiasından başqa bir şey deyil. Onların təbiri ilə desək, guya “Qərbi Ermənistan” adlı ərazi də var və o torpaqlar Türkiyədədir.
Eyni situasuyanı Azərbaycana da aid etmək olar. Belə ki, rəsmi İrəvan öz konstitusiyasında Bakıya qarşı ərazi iddiası ilə çıxış edir. Bakı isə dəfələrlə bəyan edib ki, həmin maddə dəyişdirilməsə, sülh müqaviləsi imzalanmayacaq.
Natiq Səlimov,
KONKRET.az