Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfiri Sergey Kopyorkini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
KONKRET.az xəbər verir ki, buna səbəb Rusiya tərəfdən Ermənistanın son daxili siyasi proseslərinə dair verilən bəzi açıqlamalar və fikirlər olub. Ermənistan XİN-dən bildirilib ki, Moskvanın bu münasibəti İrəvan tərəfindən ciddi narazılıqla qarşılanıb.
“Biz Rusiya tərəfinə diplomatik kanallar vasitəsilə narazılığımızı bildirdik. Səfir XİN-ə çağırıldı və ona nota təqdim olundu”, – deyə məlumatda qeyd olunub.
Erməni tərəfi Rusiyada yayımlanan media materialları və bəzi rəsmi şəxslərin, eləcə də ekspertlərin açıqlamalarında “açıq şəkildə qeyri-dost ritorika” olduğunu və bunun qəbuledilməz sayıldığını vurğulayıb.
Natiq Səlim,
KONKRET.az