Ermənistan sülh prosesindən geri çəkilir? – “Paşinyan bir söz deyir, nazirlər başqa…”backend

Ermənistan sülh prosesindən geri çəkilir? - “Paşinyan bir söz deyir, nazirlər başqa...”

Məlum olduğu kimi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh sazişindən çıxarılmasına razılaşıb. Bunu ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlayıb. O, bildirib ki, qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəlinib.

Rəsmi Bakının dəhliz məsələsində güzəştə getdiyi bir zamanda isə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ziddiyətli açıqlama ilə gündəmə gəlib. O, bildirib ki, Ermənistan Azərbaycan tərəfinin tələbi ilə Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.

Rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü konstitusiya dəyişikliyi şərtindən imtina sülh prosesini tormozlaya bilərmi?

Mövzu ilə bağlı KONKRET.az danışan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı sülh müqaviləsinin ilin sonuna qədər imzalanmayacağını düşünür:

Sabir Rüstəmxanlı iki ağır əməliyyat keçirdi - GlobalInfo.az

“Ermənistan rəhbərliyi ilə hökumət nümayəndələri arasında hər zaman ziddiyətlər olub. Paşinyan bir söz deyib, nazirlər fərqli fikirlər səsləndiriblər. Ermənistanın vahid siyasəti olmadığı üçün bu kimi hallarla qarşılaşırıq. Lakin son qərarı Baş nazir verəcək. Baxın, ABŞ və digər dövlətlər Ermənistanı silahlandırır. Bütün bunlar da onların sülhdən yayınmasına gətirib çıxarır. Xatırlayırsınızsa, əvvəl deyirdilər ki, sülh müqaviləsinin imzalanması real görünür. İndi isə fərqli fikirlər səsləndirilir. Dediyim kimi, onların silahlandırılması obrazlı desək, ermənilərin iştahını artırır. Ancaq bir məqamı qeyd edim ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına inanmıram. Proses bir qədər də davam edəcək”.

Deputat Zəngəzur dəhlizi ilə bağlı məsələnin hər zaman Azərbaycanın diqqətində olacağını deyib:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında qarşılıqlı güzəştlər olmalı idi. Zəngəzur dəhlizi hər zaman Azərbaycanın diqqətində olacaq. Ermənistan bundan müxtəlif bəhanələrlə yayınmağa çalışsa da, alınmayacaq. Sülh imzalandıqdan sonra bizim üçün sözügedən proses yenidən aktivləşəcək. Lakin dediyim kimi, bəzi güzəştlər olmalı idi, oldu”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*