Ermənistanın baş naziri Nikol Paşinyan kiçik Şərqi Avropa ölkəsinin rəhbəri kimi çox güman ki, öz elektoratını qarşıdan gələn referenduma, ya da seçkiyə hazırlayır. Ancaq bunun sadəcə bir imitasiya olduğunu başa düşmək lazımdır.
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq, Qafqaz üzrə ekspert Karen İgityan “Sputnik Ermənistan” radiosunun “Abovyan Time” verilişində deyib.
“Psixoloji nöqteyi-nəzərdən, yəqin ki, psixoloqların bu vəziyyətlə bağlı nə deyəcəklərini dinləmək maraqlı olardı, amma siyasi baxımdan, çox güman ki, Paşinyan bununla öz seçicilərini arxayın edir: o, “Avropa”ya söz verib. Hətta AB-yə daxil olmaq da müzakirə olunur. Yumşaq desək, yaxın perspektivdə olmaya bilər: “Məni seçin və belə olacaq. Baş nazir velosiped sürəcək, şeirlər yazacaq, hər şey yaxşı olacaq. Bax, görürsünüz, mən bunu edirəm, ona görə də hər şey qaydasındadır”. Yəni, o, öz elektoratını ya referenduma, ya da seçkilərə hazırlayır. Hər halda, bu, onun öz elektoratı arasında mövqeyini gücləndirir”, – İgityan qeyd edib.
Ekspertin fikrincə, bu, müxalifət düşüncəli elektoratı qıcıqlandırsa da, baş nazir Paşinyan, prinsipcə, bunun üçün mübarizə aparmır:
“Onun üçün ən vacibi nə müxalifətə, nə də iqtidaryönlü qütbə aid olmayan seçicilərin rəğbətini qazanmaqdır. Amma reallıqda bu, sadəcə olaraq imitasiyadır, çünki Ermənistan Şərqi Avropada yerləşmir və sülhsevər ölkə deyil”.
Günel Mikayılova,
KONKRET.az