Ermənistan təhlükədədir – Zəngəzurun taleyi isə… backend

Ermənistan təhlükədədir - Zəngəzurun taleyi isə... 

“Türkiyə-Azərbaycan tandemi Ermənistanı özünün alətinə çevirmək üçün məqsədyönlü fəaliyyət göstərir. Zəngəzurun taleyi risk altındadır”.

KONKRET.az xəbər verir ki, bu cür separatçı bəyanatla Livan AXC Daşnaksütyun Mərkəzi Komitəsi çıxış edib.

Bəyanatda vurğulanır:

“Hakimiyyəti Erməni Apostol Kilsəsinə qarşı açıq mübarizə aparır, müxalifəti sıxışdırır və milli dəyərlərin keşikçisi olan AXC Daşnaksütyununu təqib edir. Biz hakimiyyətin kilsə əleyhinə siyasətini qətiyyətlə pisləyir, milli dəyərlərə qarşı aparılan kampaniyanı qəbuledilməz sayır və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edirik”.

Həmçinin qeyd olunur ki, 2026-cı il parlament seçkiləri ərəfəsində reytinqlərin kəskin aşağı düşməsi şəraitində hakim qüvvələr milli institutları və cəmiyyətdə yüksək nüfuzu saxlayan yeganə struktur olan kilsəni zəiflətməyə çalışır.

Livan AXC Daşnaksütyununun Mərkəzi Komitəsi erməni kilsəsinə, Ermənistandakı bütün milli qüvvələrə tam dəstəyini bildirir və antimilli hakimiyyətin aradan qaldırılması üçün AXC Daşnaksütyununun Ermənistanda apardığı mübarizənin uğuruna bütün potensialı ilə töhfə verməyə hazır olduğunu bəyan edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*