“Ermənistan Türkiyəyə yardım göstərməyə hazırdır” – Paşinyan BAŞSAĞLIĞI VERDİ – FOTObackend

"Ermənistan Türkiyəyə yardım göstərməyə hazırdır" - Paşinyan BAŞSAĞLIĞI VERDİ - FOTO

Paşinyan Türkiyə və Suriya vətəndaşlarına başsağlığı verib və humanitar yardımın hazır olduğunu qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tvitterdə yazıb.

“Türkiyə və Suriyada çoxlu insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*