Ermənistan Türkmənistanla idxal-ixrac əməliyyatlarını artırmaq istəyir – FOTObackend

Ermənistan Türkmənistanla idxal-ixrac əməliyyatlarını artırmaq istəyir - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbiri İldırım Musayevin verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan oktyabrın 10-11-də Aşqabadda Xarici İşlər Nazirləri Şurası və MDB Dövlət Başçıları Şurasının iclaslarında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyini məlumat yayıb.

İldırım Musayev

Qeyd edək ki, iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləririnin müzakirə ediləcəyi də gözlənilir. Görüşlərdə iki ölkə arasında ixrac-idxal əməliyyatlarının artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin icra mexanizmlərinə nəzər yetiriləcək. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələri intensivləşdirməklə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi də ən ümdə məsələlərdən biridir. Yeri gəlmişkən, Ermənistan rəqəmsal texnologiya məhsullarını Türkmənistana satmaq niyyətindədir. Qarşı tərəf də bunda maraqlı olduğunu gizlətməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*