Azərbaycan həm hərbi, həm də diplomatik baxımdan yaxşı hazırlanmış strategiya nəticəsində Qarabağ üzərində tam suverenliyini bərpa edə bildi.
KONKRET.az xəbər verir ki, bu sözləri İsrailli siyasi strateq və tarixçi David Eidelman bildirib.
“Ermənistan xarici oyunçuların, xüsusən də Fransa və Rusiyanın siyasi oyunlarının obyektinə çevrilib. İndi Ermənistan nəhayət, tabe ölkəyə çevrilməlidir. Amma bunun üçün Bakı və Ankara ilə əlaqə saxlamalıdır”, – Eidelman deyib.
Ukraynalı diplomat və beynəlxalq hüquqşünas Vadim Tryuxanın fikrincə isə Azərbaycanın qələbəsi tarixidir və bu barədə beynəlxalq münasibətlər dərsliklərində yazılacaq. Ancaq bu, sikkənin yalnız bir tərəfidir.
Gürcüstanlı politoloq Simon Kopadzenin fikrincə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası bu tipli münaqişələr tarixinə ən böyük töhfədir. Cənubi Qafqazda xarici qüvvələrin süni şəkildə yaratdığı ən qanlı münaqişə öz həllini tapıb.
Ariz Həsənoğlu,
KONKRET.az