Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşdübackend

Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.

Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*