” Ermənistan yaxın gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını elan edə bilər”.
KONKRET.az xəbər verir ki, fikri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Paragraph” Telegram kanalında bölüşüb.
O bildirib ki, böyük ehtimalla Ermənistanda Rusiya telekanallarının bağlanması ilə bağlı qərar veriləcək. O, ötən il özünün də Ermənistana girişinə qadağa qoyulduğunu xatırladıb. Zatulin, bu təşəbbüsləri regionda Rusiyanın təsirinə qarşı mübarizə ilə əlaqələndirib.
“Bundan başqa, yaxın gələcəkdə Ermənistanın KTMT-dən çıxmasına cəhd ediləcək və Gümrüdə Rusiya hərbi bazasının olması məsələsi qaldırılacaq”, – deyə Zatulin bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Paşinyan Ermənistanın aid olduğu təhlükəsizlik sistemlərini səmərəsiz adlandırıb. Baş nazir çıxışında Ermənistanın müttəfiqlərinin zəiflik nümayiş etdirdiyini diqqətə çatdırıb.
Burhan,
KONKRET.az